Türkiyə prezidentini dinləməkdə şübhəli bilinən 13 şəxs siyasi casusluqda ittiham olunur

Türkiyə prezidentini dinləməkdə şübhəli bilinən 13 şəxs siyasi casusluqda ittiham olunur
# 18 noyabr 2014 10:42 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu zamanlarda onun dinlənilməsi ilə bağlı aparılan istintaq işi çərçivəsində 13 şübhəli şəxs haqqında “siyasi casusluq” ittihamı irəli sürülüb.

APA-nın “Anadolu” Agentliyinə istinadən məlumatına görə, R.T.Ərdoğanın iş otağına “böcək”lər yerləşdirməyə görə istintaqa cəlb olunan 13 şəxs barəsində ittihamnaməni Konstitusion Nizama Qarşı İşlədilən Cinayətlərin Təhqiqatı Bürosunun prokuroru Durak Çətin hazırlayıb.

İttihamnamə Ankaranın 7 saylı Ağır Cəza Məhkəməsinə göndərilib. İttihamnamədə TÜBİTAK-ın sabiq rəhbəri Hasan Palaz, Ali Özdoğan, Serhat Demir, Sedat Zavar, Ahmet Türer, Enes Çiğci, İlker Usta, Hurşit Gölbaşı, Seyit Saydam, İbrahim Sarı, Mehmet Yüksel, Zeki Bulut ve Harun Yavuzun adı qeyd olunub.

Əgər 15 gün ərzində məhkəmə ittihamnaməni rədd etməzsə, Türkiyə prezidentinin “zərərçəkmiş” olaraq qeyd edildiyi sənəd qəbul olunmuş sayılacaq, şübhəliləri isə Türkiyə CM-nin “Siyasi və hərbi casusluq” başlıqlı 328-ci maddəsi ilə 15 ildən 20 ilə qədər həbs gözləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR