Yekaterinburqda Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

Yekaterinburqda Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək
# 16 sentyabr 2015 07:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabrın 30-da Rusiyanın Yekaterinburq şəhərində VI Rusiya-Azərbaycan Regionlararası Forumu və oktyabrın 1-də həmin forum çərçivəsində I Rusiya-Azərbaycan Gənclər İqtisadi Forumu keçiriləcək.

Bu barədə “APA-Economics”ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) məlumat veriblər.

Məlumata görə, VI Rusiya-Azərbaycan Regionlararası Forumunda ölkəmizdən və Rusiyanın bir çox regionlarından rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcək. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Azpromo Azərbaycanlı iş adamlarını və sahibkarları qeyd olunan tədbirdə iştirak üçün Azərbaycan nümayəndə heyətinin tərkibində Yekaterinburq şəhərinə səfərə dəvət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR