Astarada polisə xəsarət yetirən şəxsin yardımçı təsərrüfatından külli miqdarda narkotik vasitə aşkarlanıb

Astarada polisə  xəsarət yetirən şəxsin yardımçı təsərrüfatından külli miqdarda narkotik vasitə aşkarlanıb
# 07 aprel 2015 10:02 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Astarada polis əməkdaşına xəsarət yetirən şəxsin yardımçı təsərrüfatından külli miqdarda narkotik vasitə tapılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, Astara Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən martın 31-də Rayon Polis Şöbəsinin əməkdaşı A.Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdiyinə görə tutulan Seymur Əliyevin Astara şəhərindəki yardımçı təsərrüfatına baxış zamanı 6 kiloqram 49,9 qram heroin, 36,92 qram tiryək, 299,36 qram həşiş, 245,806 qram anfetamin həbi və 1 ədəd qaz tapançası aşkarlanaraq götürülüb.

Qeyd edək ki, Astara şəhərində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan “KİA” markalı avtomobilin sürücüsü Seymur Əliyevə yaxınlaşıb və sənədlərini tələb edib.Polisə tabe olmayan S. Əliyev avtomobili hərəkətə gətirib və A. Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra maşından düşərək hadisə yerini tərk edib.

A. Hüseynovun avtomobilinə baxış zamanı 250 qram heroin, evindən isə 1 kiloqram 100 qram tiryək, 20 qram həşiş, 1 qram antefamin həbi, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng, 54 ədəd patron və 1 ədəd beşbarmaq-bıçaq aşkarlanıb.

Faktla əlaqədar araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR