Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqat üçün ayrılmış müddət sabah başa çatır - VİDEO

Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqat üçün ayrılmış müddət sabah başa çatır - <span style="color: red;">VİDEO
# 30 oktyabr 2015 05:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması üçün ayrılan müddət sabah başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına oktyabrın 9-da başlanılıb, təşviqat 31 oktyabr saat 8.00-da dayandırılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR