Bank Of Baku

Kürdəmirdə restoranın həyətində 19 yaşlı oğlan bıçaqlanıb

Kürdəmirdə restoranın həyətində 19 yaşlı oğlan bıçaqlanıb
# 18 iyun 2019 10:01 (UTC +04:00)

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib. 

APA-nın məlumatına görə, hadisə rayonun Yenikənd kəndinin çıxışında yerləşən “Nicat” restoranının həyətində baş verib. 

Kənd sakini, 1994-cü il təvəllüdlü Samir Nəsirov münaqişə zəminində rayonun Dəyirmanlı kənd sakini 2000-ci il təvəllüdlü Saməddin Mehdiyevi üzərində gəzdirdiyi bıçaqla zərbələr vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR