"Amrahbank" gücləndirilmiş iş rejiminə keçib

"Amrahbank" gücləndirilmiş iş rejiminə keçib
# 16 iyun 2016 09:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Formula 1 Avropa Qran Prisi ilə əlaqədar “Amrahbank” gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 21 iyun 2016-cı il tarixinədək “Amrahbank”ın Nizami küçəsi 119 ünvanında yerləşən Səbail, 28 May küç. 74 ünvanında yerləşən 28 May, Azadlıq pr. 753-cü məhəllə ünvanında yerləşən Azadlıq filialları şənbə, bazar istirahət günləri və 15 iyun Milli Qurtuluş günü də daxil olmaqla saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR