Parisdə qaçqın düşərgəsi salınacaq

Parisdə qaçqın düşərgəsi salınacaq
# 31 may 2016 22:44 (UTC +04:00)

Bakı-APA. Paris meri Ann İdalqo Fransa paytaxtında qaçqın düşərgəsinin yaradılmasının planlaşdırıldığını bildirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, düşərgənin humanitar təşkilatların dəstəyi ilə yaradılması nəzərdə tutulub.

Merin sözlərinə görə, dolanmağa imkanı olmayan qaçqınlar düşərgədə gecə-gündüz qala biləcəklər.

İdalqo əlavə edib ki, meriya hazırda tez bir zamanda salına biləcək düşərgənin yerləşəcəyi məkanı müəyyənləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR