Şəmkirdə su anbarına qayıqla qanunsuz daxil olan şəxslər yaxalanıb

Şəmkirdə su anbarına qayıqla qanunsuz daxil olan şəxslər yaxalanıb
# 29 mart 2015 19:31 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Şəmkir şəhəri, Şəmkir su anbarı ərazisində 3 nəfər motorlu qayıqla qadağan olunmuş əraziyə daxil olub.

FHN-nin mühafizə xidməti aparan mühafizəçiləri vətəndaşları sahilə çıxmaq istəyərkən yaxalayıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:30-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR