Şəkidə qadın qəbiristanlıqda intihara cəhd edib

Şəkidə qadın qəbiristanlıqda intihara cəhd edib
# 07 may 2015 15:55 (UTC +04:00)

Şəki. Vüqar Heydərov – APA. Şəki rayonunda intihara cəhd hadisəsi baş verib.


APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəyzid kəndində yerləşən qəbiristanlıqda qeydə alınıb.

Şəki rayonunun Kiçik Dəhnə kənd sakini, 1976-cı il təvəllüdlü Mərziyyə Yusif qızı Nəzərova Zəyzid kənd qəbiristanlığında ağacdan özünü asıb. Özünü şübhəli apardığı üçün M. Nəzərovanı izləyən iş yoldaşı onun intihar etdiyini görüb və dərhal hadisə yerinə gedərək qadını xilas edib. M. Nəzərova ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

M. Nəzərovanın 2 uşaq anası olduğu bildirilir.


Faktla bağlı Şəki Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR