Akademik Cəmil Əliyev: “Onkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayında artım olsa da, xəstələrin ömrünü uzada bilirik” - VİDEO

Akademik Cəmil Əliyev: “Onkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayında artım olsa da, xəstələrin ömrünü uzada bilirik” - <span style="color: red;">VİDEO
# 14 mart 2015 07:37 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Bu gün çox təəssüflər olsun ki, bütün dünyada onkoloji xəstəliklərdən əziyyət çəkən insanların sayında artım var. Bu artım Azərbaycanda da müşahidə olunur”.

APA-nın xəbərinə görə, bunu Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev deyib.

C. Əliyev bildirib ki, onkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayında artım olmasına baxmayaraq, bəzi xəstəliklər tamamilə müalicə olunur: “Biz tətbiq etdiyimiz müalicə üsulları ilə xəstələrimizin ömrünü çox uzun müddətə uzada bilirik. Bəzi onkoloji xəstəliklər tərəfimizdən tamamilə müalicə olunur”.

Milli Onkologiya Mərkəzinin baş direktoru uşaqlar arasında da onkoloji xəstəliklərin sayında artım müşahidə olunduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR