ABŞ-da törətmədiyi cinayətə görə, 39 il həbsdə olmuş şəxsə 1 milyon dollar təzminat ödəniləcək

ABŞ-da törətmədiyi cinayətə görə, 39 il həbsdə olmuş şəxsə 1 milyon dollar təzminat ödəniləcək
# 21 mart 2015 21:10 (UTC +04:00)

Bakı-APA. ABŞ-da törətmədiyi cinayətə görə, 39 il həbs cəzası çəkmiş Rikki Caksonun ölkənin Ədliyyə Nazirliyi ilə bağlı etdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, məhkəmə R. Caksona 1 milyon dollar təzminat ödənilməsinə qərar verib.

Zərərçəkən qərara “Voov, bu çox əla bir xəbər” sözləri ilə istehza edib.

Qeyd edək ki, 59 yaşındakı R. Cakson 1975-ci ildə iki nəfərlə birlikdə Harold Franksı öldürməkdə ittiham olunub. Ona qarşı ittiham 13 yaşındakı bir uşağın ifadəsi ilə irəli sürülüb və 39 il azadlıqdan məhrum edilib.

Onun bu cinayəti tötətmədiyi isə 2014-cü ildə bəlli olub. Bundan sonra azadlığa buraxılan R. Cakson ABŞ Ədliyyə Nazirliyini məhkəməyə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR