“Kapital Bank” taksit kartını təqdim edib

“Kapital Bank” taksit kartını təqdim edib
# 20 noyabr 2014 08:10 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Kapital Bank” özünün yeni taksit kartını – “Kapitalkart”ı müştərilərin istifadəsinə təqdim edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Kapitalkart” bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərində, partnyor olmayan ölkədaxili və ölkəxarici ticarət və xidmət nöqtələrində, həmçinin internetdə mal və xidmətlərin dəyərini hər ay bərabər hissələrlə ödəmək imkanı verən faizsiz kredit kartdır. “Kapitalkart” müştərilərə pulsuz təqdim olunur.

Xərclənən məbləğ avtomatik olaraq 1-12, 18 və ya 24 aya bölünür.

“Kapitalkart”la “Kapital Bank”ın bankomatlarından nağd pul əldə etmək və nağdlaşdırılan məbləği 1, 3 yaxud 6 aylıq taksitlə ödəmək mümkündür. Borc ödənildikcə kartın limiti bərpa olunur. “Kapitalkart” pulsuz olaraq “Kapital Bank”ın SMS-banking xidmətinə də qoşulur.

“Kapital Bank”ın maaş və ya pensiya kartına sahib olan müştərilər “Kapitalkart”ı ilkin mərhələdə Bankın Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yerləşən filiallarından əldə edə bilərlər. Yaxın zamanlarda isə “Kapitalkart”ı bankın bütün filiallarından əldə etmək mümkün olacaq.

Bundan ötrü müştərinin şəxsiyyət vəsiqəsi ilə banka müraciət etməsi kifayətdir.

“Kapitalkart” haqqında ətraflı məlumatı www.kapitalkart.az saytından əldə etmək olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 8 şöbəsi ilə hər zaman xidmətinizdədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR