Bakı-APA. Çinin şərqində baş vermiş torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, 33 nəfər itkin düşüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident noyabrın 14-ə keçən gecə Lişuy kəndində baş verib.
Hadisə yerinə xilasedicilər cəlb edilib, araşdırma aparılır.