Salyanda traktor kanala aşıb, 8 yaşlı uşaq ölüb - VİDEO

Salyanda traktor kanala aşıb, 8 yaşlı uşaq ölüb - <span style="color: red;">VİDEO
# 15 mart 2015 11:56 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, martın 14-də Salyan rayonunun Düzənlik kənd sakini, 1991-ci il təvəllüdlü Yusif Eldar oğlu Abbasov idarə etdiyi traktoru kanala aşırıb.

Traktorda olan qardaşı oğlu, 2007-ci il təvəllüdlü Abbasov Əvəz Elşad oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Traktorun sürücüsü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR