Çeçenistanda törədilmiş partlayış nəticəsində 5 hərbçi yaralanıb

Çeçenistanda törədilmiş partlayış nəticəsində 5 hərbçi yaralanıb
# 01 mart 2015 02:58 (UTC +04:00)

Bakı-APA. Çeçenistanın Martanovski rayonunda partladıcı qurğunun işə düşməsi nəticəsində 5 rusiyalı hərbçi yaralanıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hadisə 18.00 radələrində Şalaji yaşayış məntəqəsinin yaxınlığında, meşə zolağında baş verib. “Əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman beş hərbçi müəyyən edilməmiş partladıcı qurğunun işə düşməsi nəticəsində yaralanıb”, deyə mənbə bildirib.

Yaralılar ucqar dağ ərazidən təxliyə olunub, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR