Güclü qar nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb - YENİLƏNİB

Güclü qar nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb - <span style="color: red;">YENİLƏNİB
# 23 mart 2015 16:37 (UTC +04:00)

Bu barədə APA-nın şimal bürosuna Quba 6 saylı Yol İstismar İdarəsinin (Yİİ) sahə rəisi Bilal Sultanov məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarından etibarən yolun qardan təmizlənməsi və açılması üçün əraziyə 6 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Texnikanın köməkliyi ilə Xınalıq istiqamətində avtomobillərin hərəkəti üçün yaranan məhdudiyyət tam aradan qaldırılıb.

Xatırladaq ki, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti dayanmışdı.

***

saat 12.07

Quba. Vəli Turan - APA. Ötən gündən başlayaraq Quba rayonuna yağmağa başlayan qar bir sıra fəsadlara səbəb olub.

APA-nın şimal bürosunun məlumatına görə, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb.

Quba 6 saylı Yol İstismar İdarəsindən (Yİİ) verilən məlumata görə, yolun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti qeyri-mümkündür.

Hazırda yolun qardan təmizlənməsi və yolun açılması üçün əraziyə 5 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR