Nigeriyada baş verən terror aktı zamanı 32 nəfər ölüb

Nigeriyada baş verən terror aktı zamanı 32 nəfər ölüb
# 18 noyabr 2015 07:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Noyabrın 17-də axşam Nigeriyanın Yola şəhərindəki bazarda baş verən partlayış zamanı 32 nəfər ölüb, daha 80 nəfər yaralanıb.

APA-nın TASS-a istinadən yaydığı xəbərə görə, bu barədə yerli Milli Xilasetmə Xidmətindən məlumat verilib. Şahidlər bildirib ki, hadisə axşam namazından sonra insanlar məscidi tərk edərkən baş verib.

Hələlik heç bir terror qruplaşması hadisə ilə bağlı məsuliyyəti üzərinə götürməyib. Lakin hadisə yerində “Boko Haram” qruplaşmasının izlərinə rast gəlindiyi deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR