İranın Xuzistan vilayətində toqquşma baş verib, 15 yaşlı gənc həlak olub

İranın Xuzistan vilayətində toqquşma baş verib, 15 yaşlı gənc həlak olub
# 15 aprel 2013 07:01 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Xuzistan vilayətində yerli ərəblərlə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

APA-nın məlumatına görə, bu barədə əl-Əhvaz Demokratik Xalq Cəbhəsi xəbər yayıb.

Hadisə aprelin 12-də vilayətin mərkəzi Əhvaz şəhərinin Cəniyə bölgəsində baş verib.

Buna səbəb həmin bölgədə yaşayan etnik ərəblərin evlərinin sökülməsi olub. İran təhlükəsizlik qüvvələri evlərinin sökülməsinə müqavimət göstərən sakinlərə qarşı odlu silahdan istifadə edib. Nəticədə 15 yaşlı gənc Mürtəza Subədi aldığı güllə yarasından həlak olub.

Qeyd edək ki, eks-prezident Məhəmməd Xatəminin müavini olmuş Məhəmməd Əbtəhi 2005-ci ildə İran prezidentinə məktub yazaraq ərəblərin yaşadığı bölgələrə farsların köçürülməsinin lazım olduğunu bildirib. Ancaq məktub sonradan üzə çıxıb, bu isə etnik ərəblər arasında böyük narazılığa səbəb olub.

Bu səbəbdən İran ərəbləri hər il aprelin 15-də buna etiraz olaraq aksiya keçirirlər. Son günlər ərəblərə qarşı təzyiqlər artıb, indiyədək 208 nəfər həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR