Türkiyə XİN: Roma Papasının Ermənistandakı çıxışları Cənubi Qafqazda sülhə və təhlükəsizliyə töhfə vermir

Türkiyə XİN: Roma Papasının Ermənistandakı çıxışları Cənubi Qafqazda sülhə və təhlükəsizliyə töhfə vermir
# 27 iyun 2016 13:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Roma Papası Fransiskin Ermənistana səfərinin Cənubi Qafqazın xüsusilə belə bir çətin məqamda ehtiyac duyduğu sülhə və təhlükəsizliyə töhfə vermədiyini təəssüflə müşahidə etdik.

APA-nın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyatanda deyilir ki, səfər zamanı onun qondarma "soyqırımı abidəsi"ni ziyarət etməsi, 1015-ci il hadisələri ilə bağlı açıqlamaları, erməni katolikosu ilə ortaq bəyanatı, onun 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərə və hüquqa sığmayan erməni iddialarına şərtsiz bağlılığını nümayiş etdirib: "Ermənistandakı bəyanatları ilə Papa Birinci Dünya müharibəsi zamanı yaşanan əzablar və verilən itkilərlə bağlı dini ayrı-seçkiliyi ortaya qoyub. Halbuki, papalıq kimi ülvi bir vəzifəni icra edən şəxslərin gələcək nəsillərə dostluq və sülhü miras qoyması, hüquqa hörmət etməsi və uzlaşdırıcı mövqe nümayiş etdirməsi gözlənilirdi".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR