Həsən Kərimov: "Müsavatın Milli Şuradan getməsində Arif Hacılının müstəsna xidmətləri oldu, yenidən niyə Milli Şuraya müraciət edir?"

Həsən Kərimov: "Müsavatın Milli Şuradan getməsində Arif Hacılının müstəsna xidmətləri oldu, yenidən niyə Milli Şuraya müraciət edir?"
# 17 mart 2015 13:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Vaxtilə Arif Hacılı Milli Şurada təmsil olunurdu və Müsavatın Milli Şuradan getməsində müstəsna xidmətləri oldu. İndi yenidən niyə Milli Şuraya müraciət edir?”

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib.

H.Kərimov bildirib ki, Müsavat Partiyası rəhbərliyinin Milli Şuranın 15 mart mitinqində iştirakına heç kim mane olmayıb: “Milli Şuranın bu mitinqi xalqın sosial sifarişi, ümumxalq mitinqi idi. Müsavat rəhbərliyinin qarşısına heç kim sədd çəkməmişdi ki, bu mitinqə qatılmasın. Müsavat Partiyasının mitinqdə iştirakla bağlı AXCP-yə heç bir müraciəti olmayıb. Əgər səmimi olsaydılar, meydana gələrdilər. Kim onları meydandan çıxaracaqdı?”

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı APA-ya müsahibəsində AXCP rəhbərliyinin Müsavatın Milli Şuranın mitinqində iştirakını arzulamadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR