Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb - VİDEO

 Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb - <span style="color: red;">VİDEO
# 24 aprel 2015 12:36 (UTC +04:00)

Bakı – APA. Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasında yarımfinal və final mərhələlərinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, püşk İspaniya “Barselona”sı ilə Almaniya “Bavariya”sını üz-üzə qoyub.

Bu duel sonuncuların baş məşqçisi Xosep Qvardiolanın sabiq komandası ilə üz-üzə gəlməsi ilə əlamətdar olacaq. Digər dueldə İtaliya “Yuventus”u İspaniya “Real”ını sınağa çəkəcək.

Final oyununun nominal meydan sahibi də püşklə müəyyənləşib. Almaniya paytaxtı Berlində baş tutacaq həlledici qarşılaşmada meydan sahibi “Yuventus” – “Real” cütünün qalibi olacaq.

Yarımfinal mərhələsinin oyunları mayın 5-6 və 12-13-də keçiriləcək. Həlledici qarşılaşma iyunun 6-da Almaniyanın paytaxtı Berlinin Olimpiya stadionunda baş tutacaq.

Çempionlar Liqası

Yarımfinal (5-6 may/12-13 may)

1. “Barselona” (İspaniya) - “Bavariya” (Almaniya)

2. “Yuventus” (İtaliya) - “Real” (İspaniya)

Final (6 iyun)

2-ci cütün qalibi – 1-ci cütün qalibi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR