Nazir müavini: Azərbaycanda keçiriləcək “Kənd Təsərrüfatı və Qida Sənayesi” sərgisində 40-a yaxın ölkə təmsil olunacaq - FOTO

Nazir müavini: Azərbaycanda keçiriləcək “Kənd Təsərrüfatı və Qida Sənayesi” sərgisində 40-a yaxın ölkə təmsil olunacaq - <span style="color: red;">FOTO
# 20 may 2015 10:10 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Sabah Azərbaycanda “Kənd Təsərrüfatı və Qida Sənayesi” sərgisi təşkil olunacaq.

APA-Economics”in xəbərinə görə, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev keçiriləcək sərgidə 39 ölkədən 293 şirkətin iştirak edəcəyini bildirib.

“Sərgi 21-23 may tarixlərində keçiriləcək. Bu sərgidə 39 ölkədən 293 şirkət iştirak edəcək. Bu şirkətlərdən 83-ü yerli, 210-u isə xarici şirkətdir. Sərgidə yeni suvarma texnologiyaları, yeni kənd təsərrüfatı texnikaları, yemlə bağlı olan texnikalar, eyni zamanda “Aqrolizinq” tərəfindən gətirilən cins heyvanlar nümayiş olunacaq”, - deyə nazir müavini bildirib.

İ. Quliyev sərgidə Argentina, Avstraliya, Belarus, Gürcüstan, Litva və Polşa öz milli stendləri ilə iştirak edəcəklərinin bildirib.

”İki ölkə, İordaniya və Əlcəzair ilk dəfə bu sərgidə iştirak edəcək” – deyə nazir müavini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR