ABŞ “İslam dövləti”nə qarşı beynəlxalq koalisiya yaradır

ABŞ “İslam dövləti”nə qarşı beynəlxalq koalisiya yaradır
# 29 avqust 2014 08:28 (UTC +04:00)

APA-nın ABŞ Dövlət departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında qurumun sözçüsü Cen Psaki deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton koalisiyanı Avropa ölkələri, ərəb dünyası və “İslam dövləti”nə qarşı mübarizəyə qoşulmağa hazır olan ölkələrlə birlikdə yaradacaq.

“Həm humanitar, həm hərbi, həm də diplomatik sahədə səylər göstərmək lazımdır. Bu səylər yalnız təkcə ABŞ-dan yox, digər ölkələrdən də gəlməlidir. Artıq bu istiqamətdə Avstraliya, Kanada, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və digər ölkələrdən dəstək almışıq”, – deyə C.Psaki əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR