ABŞ və ATƏT Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır - VİDEO

 ABŞ və ATƏT Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır - <span style="color: red;">VİDEO
# 13 noyabr 2014 07:34 (UTC +04:00)

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, qurumun sözçüsü Cennifer Psaki hadisəni belə şərh edib: “Son hadisələr Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərimizi ikiqat artırmağın, o cümlədən gərginliyi azaltmağın və atəşkəs rejiminə riyaət etməyin zəruriliyinə dair daha bir xatırlatma oldu”.

ATƏT-in Baş katibi Lamberto Zaniyer isə deyib ki, ATƏT Dağlıq Qarabağda helikopterin vurulması ətrafındakı hadisələrdən narahatdır: “ATƏT hesab edir ki, bu cür insidentlər böhranın miqyasını genişləndirə bilər. Biz Dağlıq Qarabağda və Dağlıq Qarabağın hüdudlarından kənarda baş verən hadisələrdən çox narahatıq. Bu cür hadisələr onsuz da qeyri-stabil olan vəziyyəti daha da gərginləşdirə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR