Göldə batmış Masallı sakininin meyiti tapılıb - YENİLƏNİB

Göldə batmış Masallı sakininin meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 23 iyun 2016 07:13 (UTC +04:00)

Bakı - APA. Masallı rayonunun Kosagül kəndində süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 50-60 km aralı, nəzarətsiz ərazidə) batmış 1957-ci il təvəllüdlü Abışov Etibar Abbas oğlunun cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən (batdığı yerdən 80 metr aralıda) tapılıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

22 iyun saat 22.48

Masallı. Ağəddin Babayev-APA. Masallı rayonunda 1 nəfər çaya düşüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Kosagül kəndində qeydə alınıb.

Ərkivan qəsəbə sakini, 1957-ci il təvəllüdlü Abışov Etibar Abbas oğlu ehtiyatsızlıqdan çaya düşüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və E.Abışovun axtarışlarına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR