Şəkidə ot tayasına çıxarkən yıxılaraq ağır xəsarət alan 73 yaşlı kişi 4 gün sonra xəstəxanada dünyasını dəyişib

Şəkidə ot tayasına çıxarkən yıxılaraq ağır xəsarət alan 73 yaşlı kişi 4 gün sonra xəstəxanada dünyasını dəyişib
# 25 iyul 2014 06:50 (UTC +04:00)

Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Bideys kənd sakini, 1941-ci il təvəllüdlü Hidayət İsgəndər oğlu İsgəndərov iyulun 20-də evinin həyətyanı sahəsində yığılmış ot tayasına nərdivanla çıxarkən ehtiyatsızlıqdan yıxılıb.

Qapalı kəllə-beyin travması alan H. İsgəndərov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. H. İsgəndərov iyulun 24-də xəstəxanada dünyasını dəyişib.

Fakla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR