Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək
# 10 sentyabr 2014 10:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov–APA-Economics. Oktyabr ayının 1-dən 30-dək Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Nizami küçəsi, 92 ünvanda (metronun "28 may" stansiyasının yaxınlığında, keçmiş "Ayaqqabı fabriki"nin binası) keçiriləcək sərgi-satış yarmarkasında iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabr ayının 10-dan 25-dək bu ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.

Bundan başqa, arıçılar şəxsiyyət vəsiqəsi, arıxananın baytarlıq pasportu (şəhadətnaməsi), rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə, yarmarkaya gətirilmiş arıçılıq məhsullarının Zona Baytarlıq Laboratoriyasında müayinəsi haqqında ekspertiza sənədlərini də yarmarkanın keçiriləcəyi yerə təqdim etməlidir.

Bu müddətdə anbara təhvil verilən və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunan məhsullar yarmarkada satışa çıxarılacaq.

Qeyd edək ki, sentyabr aynının 29-da arıçılığa həsr edilmiş seminarın keçirilməsi nəzərdə tutulur. Seminarın sonunda şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin püşkatması keçiriləcək. Nazirlik arıçıları püşkatmada iştirak etməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR