"Expressbank" "SmileCard" ilə istənilən vaxt nağdlaşma təklif edir - FOTO

"Expressbank" "SmileCard" ilə istənilən vaxt nağdlaşma təklif edir - <span style="color: red;">FOTO
# 27 aprel 2015 08:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank”ın “SmileCard” taksit kartı ilə istənilən zaman nağdlaşma mümkündür.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu kart dünyanın istənilən yerində keçərlidir. Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən kartı “Expressbank” filiallarında dərhal əldə edə bilərlər. “SmileCard”ı həmçinin onlayn sifariş etmək mümkündür - http://www.expressbank.az/AzOrderSmilecard.html .

“Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə bazara təqdim edilən kredit kartı, müştərilərə pulsuz verilir və 5 il müddətində istifadə oluna bilər, kreditin maksimal məbləği isə 3000 manat təşkil edir.

Məhsulun şərtlərinə görə müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir, ilik faiz dərəcəsi isə 0%-dir.

Qeyd edək ki, ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6 500-dək POS-terminal və 200-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR