Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatını vurub - YENİLƏNİB - VİDEO

Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatını vurub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 15 sentyabr 2015 14:45 (UTC +04:00)

Kənd sakini Tural Bayramov APA-nın Qarabağ müxbirinə bildirib ki, əvvəlcə güclü partlayış səsi eşidilib.

"Daha sonra evimizin həyətinə dəmir parçaları yağdı. Məhv edilən aparatın qalıqları kəndin təsərrüfat sahələrinə də tökülüb", - deyə T. Bayramov qeyd edib.

***

saat 17.10

Bakı. Hafiz Heydərov – APA. Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus, ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR