"BTB Bank" nizamnamə kapitalını 5 mln. manatdan çox artırır

"BTB Bank" nizamnamə kapitalını 5 mln. manatdan çox artırır
# 31 mart 2015 15:17 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "BTB Bank" ASC-nin adi adlı sənədli səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 5 160 ədəd təşkil edir.

Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 5 mln. 160 min manat artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR