Robert Sekutanın nazimizədliyi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiq olunub

  Robert Sekutanın nazimizədliyi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiq olunub
# 05 dekabr 2014 07:30 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. ABŞ Senatı Robert Sekutanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiq edib.

APA-nın məlumatına görə, Robert Sekutanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi prezident Barak Obama tərəfindən irəli sürülüb.

Robert Fransis Sekuta ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışır.

Qeyd olunan məsələ bundan əvvəl Senatın xarici əlaqələr komitəsində müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR