Sabah Azərbaycanda hava küləkli və yağıntılı olacaq

Sabah Azərbaycanda hava küləkli və yağıntılı olacaq
# 29 mart 2015 10:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Martın 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal-şərq küləyi əsəcək, havanın hərarəti gecə 3-5, gündüz 5-7 dərəcə olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda 0-5 şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR