Avropa Oyunları ilə əlaqədar Bakıya yürüş edən Xorvatiya velosipedçiləri Gürcüstana çatıblar - FOTOSESSİYA

Avropa Oyunları ilə əlaqədar Bakıya yürüş edən Xorvatiya velosipedçiləri Gürcüstana çatıblar - <span style="color: red;">FOTOSESSİYA
# 05 iyun 2015 11:25 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Mayın 5-də Xorvatiyadan Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədar yürüşэ başlayan “Pedalinac” velosiped klubunun 5 üzvü bu gün təxminən 3 min 200 kilometr məsafə qət edərək Tiflisə çatıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Gürcüstan Milli Olimpiya Komitəsində Xorvatiya velosipedçilərinin qarşılanma mərasimi keçirilib. Tədbirdə Gürcüstan Gənclər və İdman Nazirliyinin departament rəisi İrakli Dolabrelidze, Milli Olimpiya Komitəsinin sədr müavini Elquca Berişvili, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Samirə Ağayeva, Gürcüstan Velosiped Federasiyasının prezidenti Omar Pxakadze velosipedçiləri salamlayıblar.

İ. Dolabrelidze Bakıda keçiriləcək ilk Avropa Oyunlarının böyük əhəmiyyət daşıdığını deyib və bu oyunları təşkil etdiyinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Xorvatiyalı velosipedçi Mladen Qaqeşa 32 gün yol gəldiklərini söyləyib: “Gürcüstanda belə isti qarşılanma mərasimi üçün Gürcüstan və Azərbaycan rəsmilərinə təşəkkür edirik. Biz Xorvatiyadan mayın 5-də yola çıxmışıq. 32 günlük yürüş çərçivəsində Xorvatiya, Monteneqro, Albaniya, Makedoniya, Yunanıstan, Bolqarıstan, Türkiyə ərazilərindən keçərək Gürcüstana gəlmişik. Sabah tezdən Bakıya yola düşürük. Bizim üçün şərəfdir ki, Bakı-2015 Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəyik”.

Görüşdən sonra Xorvatiya velosipedçiləri Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinə baş çəkiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR