Ziyad Səmədzadə: “Neftin qiymətinin büdcədə 90 dollar nəzərdə tutulması sosial proqramların həyata keçirilməsinə ciddi təsir etməyəcək”

Ziyad Səmədzadə: “Neftin qiymətinin büdcədə 90 dollar nəzərdə tutulması sosial proqramların həyata keçirilməsinə ciddi təsir etməyəcək”
# 18 noyabr 2014 09:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Neftin qiymətinin büdcədə 90 dollar nəzərdə tutulması sosial proqramların həyata keçirilməsinə ciddi təsir etməyəcək.

APA-Economics”in məlumatına görə, bunu bu gün keçirilən Milli Məclisin plenar iclasında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

“Ola bilər ki, büdcədə neftin qiymətinin 90 dollardan götürülməsi bizə 2 mlrd. dollar zərər vursun. Neftin qiyməti 75 dollar olsa, biz 2-3 mlrd. dollar itirə bilərik. Amma bizim strateji valyuta ehtiyatlarımız 55 mlrd. dolları ötüb. Bu 2-3 mlrd. dollarlıq zərəri ödəməyə imkan verir. Bizim dövlətin kifayət qədər imkanı var ki, sosial proqramlar həyata keçirilsin”, - deyə Z. Səmədzadə bildirib.

Millə vəkili qeyd edib ki, 2015-ci ildə ÜDM 2,4 dəfə artacaq və ÜDM-in adambaşına düşən həcmi 8 min dollar təşkil edəcək.

Onun sözlərinə görə, ÜDM-in adambaşına düşən həcminə görə, Azərbaycan MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra üçüncü yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR