Xaçmazda qadına qarşı quldurluq edilib

Xaçmazda qadına qarşı quldurluq edilib
# 05 iyul 2014 14:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Xaçmaz sakininə qarşı quldurluq edilib.

Xaçmaz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Nərəcan kəndində qeydə alınıb.

Kənd sakini Qələmnaz Bədəlovanın yaşadığı evə girən şəxsiyyəti məlum olmayan 3 nəfər onu döyərək mənzildən 3 min manat pul və qızıl zinət əşyaları aparıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri Nərəcan kənd sakini, əvvəllər məhkum olunmuş Rüstəm Qeybullayev tutulub.

Hazırda polis hadisəni törədən digər şəxslərin tapılması istiqamətində axtarış tədbirlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR