Gədəbəydə Simens qardaşlarının Azərbaycandakı fəaliyyətinin 150-ci ildönümü ilə əlaqədar konfrans keçiriləcək

Gədəbəydə Simens qardaşlarının Azərbaycandakı fəaliyyətinin 150-ci ildönümü ilə əlaqədar konfrans keçiriləcək
# 09 oktyabr 2014 16:54 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Simens qardaşlarının Azərbaycandakı fəaliyyətinin 150-ci ildönümü ilə əlaqədar Gədəbəy rayonunda konfrans və turizm marşrutları mövzusunda dəyirmi masa keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində “Azərbaycanda Alman məskənləri” və "Qədim Qafqaz Albaniyasının tarixi izləri" adlı mədəni turizm marşrutlarının təşviq olunması məqsədi ilə turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə infotur keçiriləcək.

İnfoturun keçirilməsində məqsəd XIX əsrin əvvəllərində Azərbaycanın qərb bölgəsində məskunlaşmış almanların qoyduğu izləri "Azərbaycanda alman yaşayış məskənləri", "Qədim Qafqaz Albaniyasının tarixi izləri" mədəni turizm marşrutları vasitəsilə təşviq etmək, Azərbaycanın qərb bölgəsinin, həmçinin Gədəbəy rayonunun mövcud turizm potensialını təqdim etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR