Kerri Lavrovla Ukraynada vəziyyətin gərginləşməsini müzakirə edib

Kerri Lavrovla Ukraynada vəziyyətin gərginləşməsini müzakirə edib
# 03 oktyabr 2014 21:42 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, söhbət zamanı Kerri Ukraynanın şərqində vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib. Onun sözlərinə görə, hazırkı durum bir ay bundan əvvəl tərəflər arasında əldə olunan razılaşmanı şübhə altına alır.

Sergey Lavrov, öz növbəsində, tərəflərin atəşkəs barədə razılaşmaya əməl etmələrinin zəruriliyini, ağır silahların geri çəkilməsi və ATƏT-in xətti ilə monitorinqlərin keçirilməsinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR