Azərbaycanda istehlakçıların qeyri-ərzaq mallarına xərclədiyi vəsait 50%-dək artıb

Azərbaycanda istehlakçıların qeyri-ərzaq mallarına xərclədiyi vəsait 50%-dək artıb
# 22 noyabr 2014 10:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar - oktyabr aylarında Azərbaycanın ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 185,7 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,36% və ya 17,4 manat çox əmtəə alıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu artımın 67,8%-i və ya 11,8 manatı hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət subyektlərində yaranıb.

Əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi artaraq 2013-cü ilin on ayı ilə müqayisədə 46,5%-dən 50%-dək yüksəlib. Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 16,1% artaraq 8,7 mlrd. manata çatıb, əmtəə dövriyyəsi üzrə real artımın 81,0%-i qeyri-ərzaq mallarının satışı hesabına təmin edilib.

Qida məhsulları, içkilər və tütün məmulatları üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2013-cü ilin yanvar-oktyabr aylarının səviyyəsini 3,3% üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR