Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan nefti ucuzlaşmaqda davam edir.
"APA-Economics"in məlumatına görə, London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,27% və ya 0,13 dollar azalaraq 47,95 dollar olub.