Masallıda 3 otaqlı ev, Bakıda transformator yanıb

Masallıda  3 otaqlı ev, Bakıda  transformator yanıb
# 07 noyabr 2015 02:41 (UTC +04:00)

Bakı-APA. Masallı və Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-in saytında istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Qəzvinoba kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib. Nəticədə evin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə və dam örtüyü 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub

Bakı şəhəri, Nizami rayonunda transformatorun çıxış kabeli 3 p.m yanıb. Transformator yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR