Azərbaycan ərazisində hava dəyişəcək - XƏBƏRDARLIQ

Azərbaycan ərazisində hava dəyişəcək  - <span style="color: red;">XƏBƏRDARLIQ
# 08 iyul 2016 10:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, Azərbaycan rayonlarında iyulun 9-u axşamdan iyulun 12-si gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlədə arabir güclənəcək.

Havanın temperaturu tədricən 4-6 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

İyulun 9-da Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə 4 dərəcəyədək enəcək.

Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 9-da Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü və güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, havanın temeperaturun bir qədər enməsi müsbət amildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR