Azərbaycan qızıl istehsalını 12% artırıb

Azərbaycan qızıl istehsalını 12% artırıb
# 17 noyabr 2014 08:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 525,3 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin 10 ayı ilə müqayisədə 11,8% çoxdur. Nəticədə bu ilin noyabrın 1-nə 61,3 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində ölkədə 224,7 kq gümüş istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 61,5% azdır. Nəticədə bu ilin noyabrın 1-nə 3,6 kq hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR