Rusiya, Ukrayna və Avropa İttifaqı arasında qaz tədarükünə dair üçtərəfli müqavilə imzalanıb - YENİLƏNİB

Rusiya, Ukrayna və Avropa İttifaqı arasında qaz tədarükünə dair üçtərəfli müqavilə imzalanıb - <span style="color: red;">YENİLƏNİB
# 31 oktyabr 2014 00:21 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Rusiyanın “Qazprom” və Ukraynanın “Naftoqaz” şirkətləri arasında imzalanmış kontrakt, həmçinin, 2015-ci ilin martın sonunadək qaz tədarükünün şərtlərini müəyyənləşdirib. “Tərəflər əldə olunmuş sazişin şərtlərinə tam əməl olunmasına dair üzərinə öhdəlik götürürlər. Heç kim qazın tədarükündə yaranacaq fasilələrdən faydalanmayacaq. Tərəflərin maraqlarına hörmətlə yanaşılmalıdır”, deyə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu bildrib. O, həmçinin, müqavilənin imzalanmasının Rusiya-Ukrayna münasibətlərinə də müsbət təsir edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Sazişin şərtlərinə əsasən, Rusiya ixrac rüsumunun azaldılması hesabına Ukraynaya hər 1000 kubmetr qaza 100 dollar endirim tətbiq edəcək. Avropa Komissiyasının vitse-prezidenti Günter Ettinger qeyd edib ki, belə olacağı təqdirdə, Ukraynanın 4 mlrd kubmetr Rusiya qazını ödəmək imkanı olacaq, bu isə Aİ ölkələrinin fasiləsiz qaz təchizatını təmin edəcək.

Qeyd edək ki, Ukrayna üçün 1000 kubmetr qazın baza qiyməti kontrakt üzrə 485 dollar təşkil edib. Yeni paketə əsasən, noyabrdan 2015-ci ilin mart ayınadək 1000 kubmetr qaza görə ödəniş, 100 dollar endirim tətbiq edilməklə, 385 dollar təşkil edəcək.

Avropa Komissiyasının vitse-prezidenti Günter Ettinger qeyd edib ki, Ukrayna bu ilin sonunadək Rusiyaya olan qaz borcundan 3,1 mlrd dollar ödəyəcək. Onun sözlərinə görə, yekun məbləğ Stokholm arbitrajının qərarından sonra müəyyənləşdiriləcək. Günter Ettinger əlavə edib ki, Ukrayna Rusiyaya olan borcunu ödəmək üçün Beynəlxalq Valyuta Fondu və Aİ-nin maliyyə yardımından istifadə edə bilər.

“Qazprom”un rəhbəri Aleksey Miller bildirib ki, müqaviləyə əsasən, Ukrayna əvvəlcədən ödəməklə noyabr və dekabra 4 mlrd kubmetr qaz alacaq. Onun sözlərinə görə, noyabr və dekabrda Ukraynaya tədarük olunacaq qaz hər 1000 kubmetrə görə 385 dollardan hesablanacaq.

Rusiyanın energetika naziri Aleksandr Novak isə çıxışında qeyd edib ki, Ukraynaya yanvar-mart aylarında qaz tədarükü yalnız əvvəlcədən ödəmə şərti ilə və Kiyevin ilin sonunadək Rusiyaya 3,1 mlrd dollar məbləğində borcunu ödəyəcəyi təqdirdə həyata keçiriləcək.

Qeyd edək ki, Rusiyanı danışıqlarda energetika naziri Aleksandr Novak və “Qazprom”un prezidenti Alekdey Miller təmsil edib. Ukrayna tərəfindən tədbirdə energetika naziri Yuri Prodan və “Naftoqaz”ın rəhbəri Andrey Kobolev iştirak ediblər. Avropa İttifaqı adından sənədə Avropa Komissiyasının vitse-prezidenti Günter Ettinger imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR