Azərbaycan prezidentinin mətbuat xidməti Dövlət Kino-Foto Sənədləri Arxivinə yeni videosənədlər təqdim edib

Azərbaycan prezidentinin mətbuat xidməti Dövlət Kino-Foto Sənədləri Arxivinə yeni videosənədlər təqdim edib
# 30 oktyabr 2014 09:43 (UTC +04:00)

Arivdən APA-ya verilən məlumata görə, 2013-2014-cü illəri əhatə edən kino sənədlər dövlətimizin beynəlxalq əlaqələrini, regional layihələrin müzakirəsini və icrasını, enerji və humanitar təhlükəsizliyə həsr olunmuş tədbirləri, Türkiyə, Azərbaycan və Gürcüstan arasında keçirilən zirvə görüşünü, üç ölkənin birgə reallaşdırdığı layihələri, “ASAN Xidmət” mərkəzlərinin açılışını, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin Madrid klubunun dəstəyi ilə Bakıda keçirdiyi Beynəlxalq forumu, həmin forumda dövlət başçısı İlham Əliyevin çıxışını, Arpaçay I və II su elektrik stansiyalarının açılışını, Heydər Əliyev Fondunun 10 illiyinə və Ulu Öndərin 91 illiyinə həsr olunmuş tədbirləri əks etdirir.

Hazırda kinosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir, hər bir kinosənədin müfəssəl elmi-məlumat bazası hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR