Macarıstan-İslandiya matçı keçirilən stadionda qarşıdurma olub

Macarıstan-İslandiya matçı keçirilən stadionda qarşıdurma olub
# 18 iyun 2016 19:36 (UTC +04:00)

Bakı-APA. Avro-2016 çərçivəsində Macarıstan-İslandiya matçı başlamazdan əvvəl Marsel stadionunda qarşıdurma baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 100-dək macarıstanlı azarkeş digər qrupa qoşulmaq məqsədilə stadionun tribunalarında quraşdırılmış hədləri adlayıblar.

Mühafizəçilərin onlara mane olmaq cəhdi qarşıdurma ilə nəticələnib.

Yayılmış kadrlara əsasən, bəzi azarkeşlər hədləri adlamağa müvəffəq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR