Şəmkirdə baş verən yol qəzasında iki nəfər xəsarət alıb - YENİLƏNİB

Şəmkirdə baş verən yol qəzasında iki nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 10 may 2015 18:35 (UTC +04:00)

Bakı-APA. Şəmkir rayonunda yol qəzası baş verib, iki nəfər xəsarət alıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Təzəkənd kəndində "VAZ" markalı minik maşını idarəetməni itirərək, təxminən 15 metr dərəyə aşıb.

Hadisə yerinə cəlb edilmiş yanğınsöndürən-xilasedicilər sürücünü və sərnişini avtomobildən kənarda, yaralı halda dərədə tapıblar. Hər iki şəxs xilasedicilər tərəfindən dərədən çıxarılıb və təhvil verib.

APA-nın qərb bürosunun məlumatına görə, rayonun Keçili kənd sakini, 1972-ci il təvəllüdlü Faiq Hidayət oğlu Alıyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.

Qəza nəticəsində sürücü və sərnişini, 1967-ci il təvəllüdlü Akif Rüstəm oğlu Rzayev xəsarət alaraq Şəmkir rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR