NATO-nun baş katibi Gürcüstan prezidenti ilə görüşüb

NATO-nun baş katibi Gürcüstan prezidenti ilə görüşüb
# 26 avqust 2015 21:34 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə prezidentin mətbuat xidmətindən bildirilib. Məlumata görə, prezident və NATO baş katibi qeyri formal nahar ediblər. Nahar zamanı Gürcüstan prezidenti baş katibə NATO-nun iki əsgərinin ölümü ilə bağlı başsağlığı verib.

Tərəflər Gürcüstanın NATO-ya daxil olması prosesində tərəqqi olduğunu yüksək qiymətləndiriblər. Görüşdə NATO-Gürcüstan qarşılıqlı münasibətlər və gələcək perspektivləri də müzakirə olunub.

Görüş zamanı prezident Əfqanıstanda xidmət edən Gürcüstan hərbiçilərinin NATO Qüvvələrində regional təhlükəsizlik missiyasını yerinə yetirdiyini bildirib. Tərəflər Gürcüstan ərazisinin işğal olunması haqqında və ölkədə gedən demokratik islahatlar haqqında müzakirələr aparıblar.

Sabah NATO baş katibi Yens Stoltenberq və Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, baç nazir İrakli Qaribaşvili, müdafiə naziri Tina Xidaşeli və digər rəsmi şəxslər Krtsanisi Təlim Mərkəzində NATO-Gürcüstan birgə Tədris və Qiymətləndirmə Mərkəzinin açılış mərasimində iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR