Ötən ay Azərbaycanda 1,1% deflyasiya qeydə alınıb

Ötən ay Azərbaycanda 1,1% deflyasiya qeydə alınıb
# 15 iyul 2015 07:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 2,7% ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1% ucuzlaşıb.

Ay ərzində buğda unu, qarabaşaq yarması, mal və qoyun əti, balıq məhsulları, günəbaxan yağı, şəkər tozu, banan, alça, gilas, çiyələk, xiyar, pomidor, göyərti, şirin bibər, badımcan, göy lobya, kartof, soğan, sarımsaq, kələm, kök, çuğundurun qiymətlərində ucuzlaşma, yumru düyü, yumurta, limon, alma, qoz, şabalıd, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR