Bağdadda terror aktı nəticəsində 11 nəfər ölüb, 26 nəfər yaralanıb

Bağdadda terror aktı nəticəsində 11 nəfər ölüb, 26 nəfər yaralanıb
# 11 oktyabr 2014 18:34 (UTC +04:00)

Bakı-APA. Bağdadın şimalındakı Et-Tərmiyyə rayonunda törədilmiş güclü partlayış nəticəsində 11 nəfər ölüb, 26 nəfər yaralanıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze özünü izdihamlı bazar meydanında partladıb.

Qeyd edək ki, BMT-nin məruzəsinə əsasən, tək sentyabr ayında törədilmiş terror aktları nəticəsində 1100 nəfər ölüb, 1946 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR