Aİ "Şərq Tərəfdaşlığı" çərçivəsində Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir

Aİ "Şərq Tərəfdaşlığı" çərçivəsində Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
# 23 iyun 2016 08:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Avropa İttifaqı Azərbaycanla əməkdaşlığımız üçün vacib olan sahələrin inkişafı baxımından "Şərq Tərəfdaşlığı" siyasəti çərçivəsində əməkdaşlığı davam etdirmək istəyir".

APA-nın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard "Azərbaycan Mobillik naminə Tərəfdaşlıq" konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu il Aİ-Azərbaycan əməkdaşlığının 25 illiyi qeyd olunur: "Bu əməkdaşlığın gələcəyi var. Əməkdaşlığımız bir çox sahədə dərinləşmək və genişlənməkdədir. Bu sahələrdən biri insanlararası əlaqələrdir".

O, mobillik naminə əməkdaşlıq layihəsinin əməkdaşlığın inkişafı baxımından vacib layihə olduğunu deyib: "Layihə 2016-cı ilin yanvarından başlayıb, 3 il ərzində icra olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR